İŞİD Mosulda kimyəvi silahdan istifadə etdi

isid-mosulda-kimyevi-silahdan-istifade-etdi
Oxunma sayı: 1266

İŞİD terror təşkilatı Mosulda kimyəvi silahdan istifadə edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Cəmiyyəti Mosula atılan bomba nəticəsində 12 nəfərin yaralandığını açıqlayıb. Xəstəxanaya yerləşdirilən xəstələrdə dəridə qabarmalar, gözlərdə qızartı, qaşınma, qusma və öskürmə halları müşahidə edilib. Cəmiyyətin Yaxın Şərq üzrə məsul nümayəndəsi Robert Mardini simptonların güclü kimyəvi maddəyə işarə etdiyini deyib.

Qeyd edək ki, İŞİD indiyə kimi İraqdakı ərazilərinin 63 faizini itirib. Terror təşkilatı mühüm əhəmiyyət daşıyan Mosul beynəlxalq hava limanını və El Gizlani hərbi bazasını isə ötən həftə əldən vermişdi.