İŞİD Parisdəki hücumun məsuliyyətini üzərinə götürdü

isid-parisdeki-hucumun-mesuliyyetini-uzerine-goturdu
Oxunma sayı: 749

İŞİD terror qruplaşması Parisdə polislərə olan hücumun məsuliyyətini üzərinə götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, hücumu İŞİD-in belçikalı üzvü Əbu Yusif törədib.

Fransa prezidenti Fransua Olland televizyada xalqa müraciəti zamanı təhlükəsizlik, müdafiə və kəşfiyyat sulları ilə bağlı təcili toplantı keçirəcəyini bildirilib.

Ölkə başçısı söz verib ki, təhlükəsizlik qurumları seçkilər zamanı daha da diqqətli olacaq.

Xatırladaq ki, Fransa seçkilərin ilk turu aprelin  23-də keçiriləcək.

Qeyd edək ki, aprelin 20 polis əməkdaşlarının idarə etdiyi avtomobilin yanında başqa bir maşın dayanıb. Nəqliyyat vasitəsindən düşən silahlı polislərə atəş açması nəticəsində bir təhlükəsizlik əməkdaşı ölüb, daha ikisi isə yaralanıb. Cinayətkar zərərsizləşdirilib. Digəri isə hadisə yerindən qaçaraq gizlənə bilib. Onun saxlanılması üçün xüsusi əməliyyat keçirilir.