İŞİD pilotu diri-diri yandırdı- - Fotolar

isid-pilotu-diri-diri-yandirdi-
Oxunma sayı: 4516


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, İordaniya televiziyasının bu axşam verdiyi rəsmi məlumata görə, iordaniyalı pilot bir ay əvvəl, yanvarın 3-də qətlə yetirilib. Məlumata görə silahlılar  girovu diri-diri yandırıb və indi isə həmin kadrları yayıblar. İordaniyanın Hərbi qüvvələrinin bəyanatında deyilir ki, İordaniya Haşimilər Krallığı ilk qündən əsir düşmüş M.Kəsasbehin azad edilməsi üçün əlindən qələn səyləri qöstərməsinə baxmayaraq, onun taleyi faciəvi şəkildə sona çatıb. Bəyanatda qeyd olunur ki, İordaniya bu qətlin qisasını mütləq şəkildə alacaq və bu şəhidin qanı yerdə qalmayacaq.

Qeyd edək ki, İordaniya Kralı II Abdullah bu hadisə ilə əlaqədar ABŞ-a səfərini təxirə salıb.