İŞİD terror təşkilatı qadın döyüşçülərindən olan əslən rusiyalı Elvira Qarayevanı edam edib.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, cihadçılar E.Qarayevanı təşkilata daxil olduğu 4 il ərzində Rusiya xüsusi-xidmət orqanlarına casusluq etməkdə ittiham ediblər. Belə ki, Elviranın döyüşçülərlə, onların sığınacaqları və hərbi bazaları ilə bağlı məlumatları ötürdüyü bildirilir.
İŞİD-in yaydığı məlumata görə, təhlükəsizliyini təmin etmək üçün Elvira Əbu Müslüm adlı cihadçı ilə də evlənib, daha sonra onu zəhərləyərək öldürüb. Elviranın İŞİD-in daha 7 üzvünün ölümünə səbəb olduğu deyilir.
Son xəbərlər
Son Xəbərlər