İŞİD qadın jurnalisti edam etdi - Foto

isid-qadin-jurnalisti-edam-etdi
Oxunma sayı: 3096

İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı jurnalist Ruqia Hassanı edam edib.

“Qafqazinfo”nun azvision.az-a istinadən verdiyi məlumata görə, Ruqia Hassan bu ilin oktyabr ayından bəri terrorçular tərəfindən edam olunan 5-ci jurnalistdir.

Hassan “Raqa Is Being Slaughtered Silently” (Rakkanı sakitcə öldürürlər) hüquq təşkilatı ilə əməkdaşlıq edib. O, bəzən Nissan ibrahim ləqəbi ilə də yazılar yazıb. Jurnalist sosial şəbəkələrdəki profilləri vasitəsilə İŞİD tərəfindən işğal olunan Rakkada gündəlik həyatı əks etdirən yazılar paylaşıb.

Qeyd edək ki, Hassanın ötən il iyul-dekabr aylarında itkin düşdüyü bildirilir.