“İŞİD qruplaşması öz silahlıları və tərəfdarları vasitəsilə qərb ölkələrində terror törədəcək”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan deyib. Onun sözlərinə görə, İŞİD öz adamlarını qərb dövlətlərinə qaçqın və ya turist kimi göndərə bilər. Brennan İŞİD-i “daha təhlükəli düşmən” adlandırıb və qeyd edib ki, qruplaşmanın əsas maliyyə mənbəyini neftdən gələn gəlirlər təşkil edir.
Son xəbərlər
Son Xəbərlər