İŞİD terror təşkilatı “Real Madrid” klubunun İraqdakı fan-klubuna hücum təşkil edib.
“Qafqazinfo”nun məlumatına görə, 3 terrorçu ən az 50 insanın olduğu məkana Kalaşnikof silahlarıyla atəş açıb. Hadisə nəticəsində 16 nəfər həlak olub, 20 nəfər yaralanıb. Bu barədə İspaniyanın “AS” qəzeti yazıb.
Fan-klubun prezidenti Ziyad Subanın sözlərinə görə, İŞİD futbolun İslama qarşı olduğunu düşündüyündən bu hücumu edib.

Son xəbərlər
Son Xəbərlər