“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda çalışan polis Vədat Kaya ailəsini ziyarət etmək üçün getdiyi Mardindən Muşa keçərkən Diyarbakır-Bingöl yolunda PKK teroristləri tərəfindən qaçırılıb. Qaçırılan polisin arvadı və uşağı isə sərbəst buraxılıb.
Bundan əlavə, axşam saatlarında Ərzurumda 1 təcili tibbi yardım maşını və 3 tibb işçisi qaçırılıb. Gecə saatlarında isə Diyarbakırın Bismil bölgəsində polis idarəsinə bombalı hücum edilib. Hücum zamanı yeddi çevik polis yaralanıb.
Son xəbərlər
Son Xəbərlər