İŞİD terror qruplaşmasının üzvü olan Murad Nəcəfov Rusiyada 5,5 il azadlıqdan məhrum edilib.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, məlum olub ki, Orenburqda yaşayan əslən Azərbaycandan olan 1993-cü il təvəllüdlü Nəcəfov radikal islam ideyaları ilə maraqlanıb. 2014-cü ildə o, Suriyaya gedib və könüllü olaraq İŞİD sıralarına qoşulub. Ötən il isə şəxsi hesabına Türkiyəyə gedib, lakin miqrasiya qanunvericiliyini pozduğu üçün Rusiyaya qovulub.
Məhkəmədə həmyerlimiz cinayətini etiraf edib.
Son xəbərlər
Son Xəbərlər