“İŞİD”çilərin məhkəməsi təxirə salındı

isidcilerin-mehkemesi-texire-salindi
Oxunma sayı: 805


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə təqsirli bilinən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

İclasda vəkillərdən biri xəstə olduğu üçün iştirak etməyib. Buna görə də məhkəmə iclası mayın 18-dək təxirə salınıb.

Murad Əhməd