“İŞİD”ə qoşulan azərbaycanlının məhkəməsi oldu

iside-qosulan-azerbaycanlinin-mehkemesi-oldu
Oxunma sayı: 1167

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada “İŞİD”in tərkibində döyüşməkdə təqsirləndirilən Eldəniz Məmmədovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses mayın 24-də davam etdiriləcək. İttihama görə, “Abu Cihad” ləqəbi ilə tanınan E.Məmmədov “İŞİD” terror təşkilatının tərkibində döyüşüb. O, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib. 

Murad Əhməd