““İŞİD”i yox edəcək strategiyamız yoxdur” - Çavuşoğlu

isidi-yox-edecek-strategiyamiz-yoxdur
Oxunma sayı: 869

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İŞİD-lə bağlı maraqlı etiraf edib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir bu terror təşkilatına qarşı 65 ölkənin birləşdiyini, lakin onu yox edəcək strategiyanın olmadığını açıqlayıb:

“Hissələr şəklində bəzi strategiyalarımız var. Bir çoxu isə işə yaramadı. Ərazidəki digər radikal qruplardan mədət ummalı olduq”.

Çavuşoğlunun sözlərinə görə, bir terror təşkilatını yox etmək üçün başqa terror təşkilatına bel bağlamaq suya düşərkən ilana sarılmaq kimidir. O bildirib ki, bu gün Suriyadakı terror təşkilatlarına qoşulmaq üçün dünyanın 120 ölkəsindən əcnəbi döyüşçülər axın edir.