İşığımız çox zəifdir...- - Sakinlərdən şikayət

isigimiz-cox-zeifdir-
Oxunma sayı: 853


Onlar bildirib ki, artıq iki ildən çoxdur ki,  elektrik xətlərindəki aşağı gərginliyə (110-150 V) görə adi məişət əşyalarından istifadə edə bilmirlər: “2013-cü ildən bu yana enerji təminatımızda ciddi problemlər var. Əhalinin sayı gündən günə artır və nəticədə qəsəbəyə verilən enerjinin gərginliyi aşağı düşür. Nəinki məişət cihazlarından istifadə edə, mənzilləri normal işıqlandıra da bilmirik.  Qış aylarında bu səbəbdən çox əziyyət çəkdik. İndi yayın bu qızmar çağında çarəsiz qalmışıq”.

Müraciət etmədikləri yer qalmadığını qeyd edən qəsəbə sakinləri hələ də şikayətlərinə baxılmadığını deyib: “İstəyimiz çox sadədir: uzun müddətdir ki, həll olunacaq deyilən trasfarmatoru qoysunlar, biz də işimizi bilək. Sumqayıt regional idarə, “Azərenerji”, “Azərişıq”, Abşeron rayon İcra başçısı, Ombudsman daxil olmaqla təxminən 14-ə yaxın yerə müraciətimiz olub. Son olaraq Prezident.az saytına yazmışıq. Hamı standart olaraq eyni cavabı verir: “Regionların sosial iqtisadi inkişaf proqramına daxil olunub, həll olunacaq”. Ombudsmana iki dəfə müraciət etmişik, artıq yazacaq söz tapmırıq. Bu şəraitdə yaşamaq çox çətindir. Texnologiya əsrində biz adi məişət cihazlarını işlədə bilmirik. Məsələ həll olunmasa, bu qış Bakının bir addımlığında elektrik enerjisiz keçirdiyimiz üçüncü qış olacaq”.

Qəsəbə sakinləri bu müraciətlərindən də bir nəticə çıxmasa, yığışıb yolu kəsərək aksiya edəcəklərini deyib.

“Azərişıq”dan “Qafqazinfo”ya bildirilib ki, hazırda Abşeron rayonuna daxil bütün qəsəbələrdə yenidənqurma işləri aparılır: "Köhnəlmiş dayaqlar, xətlər dəyişdirilir, yeni transfarmatorlar qoyulacaq. Dispetçer, qəza xidmətləri, texniki departamentimizi yenidən məlumatlandıracağıq”.

Günel Hacı

“Qafqazinfo”