“İşimi futbola qurban verəcəm”- - Tahir Gözəl

isimi-futbola-qurban-verecem-
Oxunma sayı: 1164


“Qafqazinfo” xəbər verir ki, o, Premyer Liqanın 31-ci turunda “Neftçi” üzərində qələbədən sonra qol.az-ın suallarını cavablandırıb 

- “Qarabağ” çempionluq yolunda “Neftçi” üzərində çox vacib bir qələbə qazandı. Matçın belə gərgin keçəcəyini gözləyirdinizmi?

 - Həqiqətən də çox maraqlı və həyəcanlı bir oyun oldu. İlk hissədə komandamızın açıq-aşkar üstünlüyü hiss olunurdu. İkinci hissədə “Neftçi” toparlanaraq oyunu bərabər səviyyəyə gətirə bildi. Sözün açığı rəqibin bərabərlik qolundan sonra biraz həyəcanlandıq. Amma sevindirici haldır ki, sonda biz qəlbə qazandıq. 

- “Neftçi” və “Qarabağ” eyni zamanda öz aralarındakı matçlarda  vurduqları qolların reytinqində də yarışır. Komandanız son oyuna kimi rəqibdən bir top üstün idi. 

- Bəli, komandalar arsında qol savaşı da gedir. Bu oyuna kimi “Qarabağ” “Neftçi”nin qapısından 56 top keçirib, 55-ni buraxmışdı. Son oyunda 3:2 hesablı qələbə ilə “Qarabağ” bir daha üstün oyun sərgilədiyini sübut etdi. 

- “Qarabağ” artıq Azərbaycanda ən yaxşıdır deyə bilərikmi? 

- Biz bütün matçlarımızda oynadığımız futbolla göstəririk ki, “Qarabağ” güclü və mübarizdir. Azərbaycanı Avropada layiqli təmsil edən ən böyük klub olduğunu bu matçda  göstərdi.

- Komandanızı artıq çempion kimi təbrik etmək olarmı? 

- Yox hələ təbrik üçün tezdir. Bizim qarşıda hələ oyunlarımız və çətin yolumuz var. Ardıcıl üç qələbə qazana bilsək, təbrik etmək olar. 

-“Qəbələ” ilə son iki oyunda “Qarabağ”ın məğlub olduğunu nəzərə alsaq, növbəti vacib səfər qarşılaşmasında komandanızın yanında olacaqsınız?

- Həmin vaxt ölkə  xaricində olmalıyam. Amma Azərbaycanda olsam və iş qrafikim imkan versə, mütləq həmin oyunu stadiondan izləyəcəm. 

- Azərbaycan kubokunun final matçı da həmin stadionda keçiriləcək. 

- Kubokun finalında mütləq orda olacam. Həmin vaxt artıq işimi futbola qurban verəcəm. Mən hamını final oyununa dəvət edirəm.