“İşimiz asan olmayacaq” - Rossi

isimiz-asan-olmayacaq
Oxunma sayı: 1235

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah millimizi qəbul edəcək Macarıstan yığmasının baş məşqçisi Marko Rossi millinin təlim-məşq bazasında mətbuat konfransı keçirib. 

"Qafqazinfo" xəbər verir ki, italiyalı mütəxəssis oyun haqda fikirlərini bildirib. 

"Start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəm. Xorvatiyada böyük hesabla məğlub olsaq da, sabahkı görüşdə qələbə qazanmaq istəyirik. Azərbaycan yığması xeyli tərəqqiyə nail olub. Söhbət heç də Xorvatiyayla görüşün 1:1 başa çatmasından getmir. Azərbaycan oyun komponentlərində irəliləyib. Bu üzdən də əminəm ki, oyun çətin keçəcək. Biz yalnız qələbə haqda düşünürük. Buna nail olsaq, Uelsdə bizi heç-heçə də qane edəcək. Ancaq bir daha qeyd edirəm ki, Azərbaycan xeyli tərəqqiyə nail olub və sabah işimiz asan olmayacaq. Macarıstanda hər kəs qələbə haqda düşünür. Bu baş verməsə, əlbəttə, məyus olacağıq. Aydın məsələdir ki, sabah büdrəsək, azarkeşlərimiz bundan razı qalmayacaq. Belədə, getməyimi istəyəcəkləri də təbiidir və məsuliyyəti üzərimə götürməyə hazıram, - deyə Rossi qeyd edib.