“İşimiz meydana çıxmaqdı, sponsora qarışa bilmərik...”

isimiz-meydana-cixmaqdi-sponsora-qarisa-bilmerik
Oxunma sayı: 774

"Bu gün çox yaxşı oynadıq. Hava şəraiti pis olsa da, futbolçular mübarizə apardılar. Çətinliklərə baxmayaraq, yaxşı oynamağa çalışırıq, əlimizi-qolumuzu aşağı salmırıq. Futbolçular bu qələbə ilə yaxınlarda olan doğum günümü təbrik etdilər".

"Qafqazinfo" futbol11.az-a istinadən xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze “Kəpəz”i 4:1 hesabı ilə məğlub etmələrinə münasibət bildirərkən deyib.

- Bu gün “İnter” 3 xal qazandı, dünən isə sponsorsuz qaldı. Sevinirsiniz, yoxsa ikinci duruma görə gərginsiniz?

- Bizim işimiz meydana çıxmaq, məşq etmək və oynamaqdı. Sponsorlar belə qərar qəbul ediblərsə, biz qarışa bilmərik.

- Belə vəziyyətdə komandanı toparlamaq çətin deyil?

- Xeyr. Biz yaxşı komanda olduğumuzu göstərməliyik. Yəqin ki, yeni sponsorun adı yaxın günlərdə bəlli olacaq.

- Bugünkü oyunda Ruslan Abışovla Ağabala Ramazanovun yeri görünmədi...

- Ruslan və Ağabala yaxşı futbolçular idi. Biz çalışmalıyıq əlimizdə olan futbolçularla mübarizə aparaq. Ümid edirəm ki, onların yerini hiss etdirməyəcəyik.