İşın Karaca 3-cü ərindən də boşandı

İşın Karaca 3-cü ərindən də boşandı
Oxunma sayı: 633

2016-cı ildə uşaqlıq dostu Tuğrul Odabaşla ailə quran müğənni İşın Karaca boşanıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmədə heç bir maddi və mənəvi təzminat tələb etməyən tərəflər ayrı-ayrı qapılardan çıxıblar. Tuğrul jurnalistlərə açıqlamasında “Niyə boşandığımızı mən də bilmirəm” deyərək anlaşılmazlığa səbəb olub.

İşın isə “Hamımıza xeyirli olsun. Dostluğumuz davam edəcək. Tək xahişim var, adamı incitməyin. Yola getmədik, bitdi. Bu qədər aydındır” söyləyib.

Qeyd edək ki, bu, İşın Karacanın 3-cü evliliyi idi. Müğənninin ilk evliliklərindən iki oğlu var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi