İşini atıb, cəngəlliyə köçdü - Xəyallarındakı evi tikdi...

isini-atib-cengelliye-kocdu
Oxunma sayı: 2693

ABŞ-da yaşayan Elora Hardi işlədiyi məşhur şirkətdən istefa edərək arzusunu gerçəkləşdirmək üçün tropik cəngəlliklərə üz tutub. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, dizayn etdiyi evdə yaşamaq üçün uşaq vaxtı yaşadığı Bali adasına yenidən köçən Hardinin bu ideyasını reallaşdırmaqda atasının rolu böyükdür. Memar evləri hazırlamaq üçün material kimi bambuqdan istifadə etmək qərarına gəlib. Buna səbəb bambuqun 3 ilə böyüyən və təkrar istifadəyə yararlı bitki olmasıdır. Nilufər gülünə bənzəyən evlərin içərisindəki mebel, aksesuarlar, hətta unitaz qapağını belə bu bitkidən hazırlayan Hardi bambuqun insanda evin hər gün böyüdüyü hissi yaratdığını deyib: “Məqsədimizə nail olana kimi işləmək qərarına gəldik və xəyalımızdakı dizaynı bizi xoşbəxt edən vasitələrdən hazırlayırıq”.

Günel Hacı