“Qafqazinfo” Daily Mirror qəzetinə istinadən xəbər verir ki, kiçik bir xəstəxanada çalışan Maresova 6 xəstəsinə az işləmək üçün yüksək miqdarda dərman verərək öldürdüyünü etiraf edib. Ötən il avqust ayında 70 yaşındakı bir xəstəsini öldürdüyü səbəbiylə həbs olunan tibb bacısının etirafları hər kəsi şoka salıb. Çex Respublikasının Rumburk qəsəbəsindəki bir xəstəxanada 4 il boyunca çalışan tibb bacısı bu müddət içində 5-i qadın 1-i kişi olan qurbanlarına ölümcül dozada kalium verdiyini bildirib.
Prokuror Frantisek Stibor tibb bacısının ağıl sağlamlığının yerində olduğunu və nə etdiyini çox yaxşı bildiyini qeyd edib. Maresovanın ömürlük həbs cəzasıyla mühakimə olunacağı bildirilib.
Son xəbərlər
Son Xəbərlər