İşıq idarəsindən şikayət - - 216 manat cərimə

isiq-idaresinden-sikayet-
Oxunma sayı: 1619


“Yalnız axşamlar mağazanın işığı yanıb. Buna görə də, 1-2 manat işıq pulu ödəmişəm.  Keçən ilin oktyabr ayının 24-də mağazada elektrik sayğacının işləmədiyini görüb Zərdab rayon ES-nə müraciət etdim . Buna baxmayaraq bu ilin fevral ayında idarə əməkdaşları məni 216 manat cərimə etdilər. Bunun hansı əsaslarla edildiyini soruşduqda İmişli ES-nin qərarı olduğunu açıqladılar.  Bu barədə “Azerenerji”nin qaynar xəttinə müraciət etmişəm. Amma mənim şikayətim hələ də həllini tapmayıb”.