Gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün svetoforların fəaliyyəti bərpa edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə BNA məlumat yayıb.
Bildirilir ki, yarana biləcək hər hansı bir texniki nasazlığın dərhal aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin şəhər ərazisində texniki personaldan ibarət mobil qrupları fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.
Son xəbərlər
Son Xəbərlər