İşıqforu gözləmədi, avtobusla toqquşdu

isiqforu-gozlemedi-avtobusla-toqqusdu
Oxunma sayı: 1523

Paytaxtın Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev yayıb. 

O bildirib ki, ilkin məlumata görə, qəza işıqforun qırmızı işığının tələbini pozan minik avtomobilinin 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması səbəbindən baş verib. 

Qəza nəticəsində sərnişin avtobusunda xəsarət alan olmayıb.