İşıqforu maşınla sındırıb qaçdı - Video

isiqforu-masinla-sindirib-qacdi
Oxunma sayı: 2080

Bu gün səhər saatlarında Yasamal rayonu Abbas Mirzə Şərifzadə və Heydər Hüseynov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, qəza səbəbindən yolda olan bir ədəd piyada svetoforu yararsız hala düşüb.

Mərkəzin texniki əməkdaşları tərəfindən işıqforun bərpası istiqamətində işlər görülür.