Bakı-Sumqayıt elektrik qatarının metronun “Dərnəgül” stansiyasının yaxınlığında 40 dəqiqədən çoxdur hərəkətsiz dayandığı bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı feysbuk hesabında yazıb. O qeyd edib ki, hərəkətin dayanmasına səbəb işığın sönməsidir. Nəticədə qatarda olan sərnişinlər bu müddət ərzində istidə qalıblar.
Xəbəri rus dilində oxuyun: Станьте владельцем квартиры с ежемесячной оплатой всего 385 AZN - Kristal Absheron!
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda bununla bağlı araşdırma gedir. Məsələ ilə əlaqədar texniki şöbəyə məlumat verilib.
***
Qurumdan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün səhər saat 10:00 radələrində Keşlə stansiyasının girişində kontakt şəbəkədə elektrik enerjisinin olmaması səbəbindən Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb:
"Kontakt şəbəkəsini qidalandıran fider xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlərə başlanılıb.
Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 6 saylı Dartı Yarımstansiyasından çıxan yüksəkgərginlikli hava elektrik xətlərinin altında və mühafizə zonasında qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşməsi ağır texnikanın qəza baş verən əraziyə daxil olmasına çətinliklər yaradıb.
Saat 10:37-də qatarların hərəkətini bərpa etmək mümkün olub. Hazırda qatarlar cədvələ uyğun hərəkət edir. Hadisə aidiyyəti üzrə araşdırılır".
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər