Sakinləri deyir yaxşı ki, gün uzanıb. Yoxsa, axşam düşən kimi gecənin qaranlığı evə çökür. Çünki, hər axşam bu ünvanda işıqlar söndürülür. Sakinlər də məcbur olub şam yandırırlar. Artıq sakinlər hər gün şam almaqdan beziblər. Onlar hər ay işıq sayğacının yazdığı pulu da ödədiklərini deyirlər. Ödəniş müqabilində isə işıq üzünə həsrət qalıblar.
Sakinlər hamını narahat edən bu məsələylə bağlı dəfələrlə işıq idarəsinə müraciət etsələr də onlara nə düzgün bir cavab verən oluıb, nə də problem bu günədək öz həllini tapıb.
Buna baxmayaraq qapılardakı işıq sayğaclarının üzərinə qoyulan borc xəbərdarlıqları isə gözümüzdən yayınmadı. Bu isə bizi bir qədər düşünməyə vadar etdi: "Bəlkə sakinlər işıqın pulunu vaxtında ödəmir deyə, hər gün ona həsrət qalırlar".
Buna aydınlıq gətirmək üçün “Azərenerji” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yaşayan sakinlərin enerji təchizatında yaranmış fasilə, onların istehlak etdiyi elektrik enerjisinin dəyərini ödməməsilə bağlıdır. Eyni zamanda, həmin ərazidə məskunlaşmış məcburi köçkünlərin əksəriyyəti də müəyyən edilmiş limitdən artıq istifadə ediblər.
Dəfələrlə onlara bu barədə xəbərdarlıq da edilib, lakin sakinlər tərəfindən ödəniş edilmədiyi üçün enerj təchizatı fərdi qayadada dayandırılıb. Odur ki, sakinlər gecəni zülmətdə keçirmək istəmirlərsə, vaxtında müvafiq ödənişi həyata keçirməlidirlər.
Son xəbərlər
Son Xəbərlər