Xəbər verdiyimiz ki, Rusiya ordusunun Ukraynanın infrastruktur obyektlərinə raket zərbələri endirməsi nəticəsində ölkənin bir çox bölgələrində, o cümlədən paytaxt Kiyevdə elektrik və su təminatı ilə bağlı ciddi problemlər yaranıb.
“Qafqazinfo”nun “Strana” nəşrinə istinadən məlumatına görə, bu gün Kiyevdə bankomatların qarşısında növbələr müşahidə edilib.
Buna səbəb isə elektrik enerjisinin olmaması və elektron ödənişlərlə bağlı yaranan problemlərə görə nağd vəsaitlərə tələbatın artması olub.
Bununla yanaşı, paytaxt sakinləri işləmək və vacib məsələlərini həll etmək üçün notbukları ilə metroya gəlib. Belə ki, paytaxt metrosunda internet mövcuddur.
Ölkə mediasında yer alan məlumata görə, Kiyevdə evlərin üçdə birində artıq istilik təmin edilib, elektrik enerjisinin isə gün ərzində 3 saatlıq verilməsi planlaşdırılır.