İranda keçirilən parlament seçkilərinin nəticəsi məlum olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 290 üzvü olan parlamentdə 30 yeri islahatçı prezident Həsən Ruhaninin müttəfiqləri qazanıb. Ölkənin dini liderini müəyyən edən 88 üzvdən ibarət Ekspertlər Məclisinə seçimlərdə də aralarında Ruhaninin olduğu islahatçılar mühafizəkarlar üzərində qələbə çalıb.
Ekspertlər Məclisi üzvlərinin vəzifə səlahiyyətləri 8 il olduğu üçün onlar millət vəkillərindən daha uzun müddətli təsir gücünə malik şəxslər hesab edilir. Eyni zamanda, bu seçkidən sonra ölkənin dini liderini artıq islahatçılar seçəcək.
Ölkənin hazırki dini lideri 76 yaşlı Əli Xamneyinin səhhətinin isə yaxşı olmadığı deyilir. Bu isə Ekspertlər Məclisini yeni dini lider seçməyə məcbur edə bilər.
Seçkinin nəticələri, həmçinin, hazırki prezident Həsən Ruhaninin 2017-ci il seçkilərində yenidən seçilmək şansını artıracaq.
Son xəbərlər
Son Xəbərlər