“İslahatın buynuzu olur?”

“İslahatın buynuzu olur?”
Oxunma sayı: 1183

“Bəzi yutub kanallarında iqtisadçılar, alimlər ağızlarına gələni danışırlar. Deyirlər ki, belə islahat olmur. Başa düşmürəm, islahatın buynuzu olur?”

“Qafqazinfo”  xəbər verir ki, bunu deputat Vahid Əhmədov büdcənin icrası ilə bağlı layihənin müzakirəsində çıxış edərkən deyib. O, qeyd edib ki, 2016- ci ildə “Strateji Yol Xəritəsi” təsdiq olunub: “Sosial, iqtisadi, məhkəmə islahatları aparılır. Ola bilsin, media islahatları da olsun. Büdcənin müzakirəsini də ictimai müzakirəyə çevirmək lazımdır. Bizi tənqid edən o alimləri bura çağırmaq lazımdır ki, gəlib sözlərini burada desinlər. Maliyyə Nazirliyi il boyu bir tədbir keçirmir. Nəyə görə? Yəni nazirlik ictimai müzakirə keçirməlidir. Büdcəni qəbul edəndə, ya da icrasını qəbul edəndə bizlə görüşməsinlər. Mütəmadi olaraq bizlə görüşsünlər.

Dövlət büdcəsinin icrasının müzakirəsini az insanla keçirmək düzgün deyil. Bizə iradlar çox bildirirlər. Azərbaycanda bu qədər işlər görülür. Mən öz kəndimdən deyim. Qubanın Qonaqkəndinə 70 ildə yol çəkilə bilmədi. Amma cənab prezident bu yolu 2 ilə çəkdi. Sənəddə göstərilib ki, Azərbaycanda istehlak bazarında qiymət azalıb. Azərbaycanda nəyin qiyməti azalıb?!. Əksinə, qiymət artıb. Bilmirəm, Statistika Komitəsinin sədri bazara gedib ya getməyib, danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun”.

Günel Türksoy
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi