“İslahatlar işçilərin ixtisarı ilə nəticələnməyəcək” - Nazir

islahatlar-iscilerin-ixtisari-ile-neticelenmeyecek-
Oxunma sayı: 1741

Salyan rayonunda vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görüş əsnasından azirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına da toxunub.

Mədəniyyət və Tuzrim Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumat görə, nazir bildirib ki, mədəniyyət və turizm sahəsində islahatlar davam etdirilir:

“Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyində də bir sıra struktur dəyişiklikləri baş verib. Sərəncama əsasən, nazirliyin strukturunda indiyədək mövcud olan 64 rayon mədəniyyət və turizm şöbəsi 15 regional idarədə birləşdirilir. Eyni zamanda, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılır. 2017-ci ilin yanvarın 1-ə qədər yeni sistemə keçiləcək və həmin tarixdən bu sahənin mərkəzləşdirilmiş maliyyələşməsi təmin ediləcək”.

Ə.Qarayev onu da diqqətə çatdırıb ki, islahatların həyata keçirilməsi işçilərin ixtisar olunmasına gətirib çıxarmayacaq.