İslam bu videoya görə leriklilərdən üzr istədi

islam-bu-videoya-gore-leriklilerden-uzr-istedi
Oxunma sayı: 4903

Tanınmış aktyor İslam Mehrəliyev 9 il bundan əvvəl “Zarafatsız” proqramında yayımlanan sujeti başına bəla olub. Belə ki, aktyorun Leriklə bağlı işlətdiyi ifadələr yenidən gündəmə gəlib, sosial şəbəkələrdə paylaşılıb. 

“Qafqazinfo” xəbər verir ki, sərt tənqid edilən İslam “5-də5” proqramında məsələyə aydınlıq gətirib və üzr istəyib:

“Heç kəsi təhqir etməmişəm. Üzümü Lerik camaatına tuturam. Əgər mən sizi təhqir etmişəmsə, artıq dərəcədə üzr istəyirəm. Vallah, təhqir etməmişəm. "Qələt elə" səhv deməkdir, lap qələt eləmişəm”.