Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Cəlilabad, Masallı və Biləsuvar rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar, həmçinin, Milli Məclisin deputatı iştirak ediblər.
Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkədə dinlərarası münasibətlər ən yüksək səviyyədədir: “Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir”.
Mübariz Qurbanlı qeyd edib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır: “Çünki İslam dini haqqında yanlış məlumatlar, insanların düşüncələrində mənfi fikir yaradır. Bu səbəbdən dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir. Dövlət Komitəsinin hüquq mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayan Komitə sədri radikalizmin qarşısının alınmasında bu tədbirlərin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb”.
Daha sonra məruzələr dinlənilib.
Aprelin 15-də regional konfrans işini plenar iclaslarda davam etdirəcək.
Son xəbərlər
Son Xəbərlər