İslam Kərimov komaya düşdü

islam-kerimov-komaya-dusdu
Oxunma sayı: 4126


“Qafqazinfo” xəbər verir ki, artıq bir sıra dünya saytları da “Özbəkistan Xalq Hərəkatına” istinad edərək xəbəri yayımlayıblar. “Asiya-Plyus” saytı isə Özbəkistan hökumətindəki mənbəsinə istinad edərək Kərimovun səhhətinin yanvarın 28-də qəflətən pisləşdiyini yazıb. Məlumatda göstərilir ki, iqamətgahında  şam yeməyi zamanı prezident huşunu itirib. Sarayın tibbi personalı ilkin yardım göstərdə də, Kərimovun indiyə qədər özünə gəlmədiyi qeyd edilir.