İslam Manafovun konserti baş tutdu

islam-manafovun-konserti-bas-tutdu
Oxunma sayı: 750

Tanınmış pianoçu İslam Manafov Bakı şəhərində konsert proqramı ilə çıxış etdi və ustad dərsləri verib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edir.

Bu məqsədlə xarici ölkələrdən təcrübəli müəllimlər, tanınmış mütəxəssislər dəvət olunurlar.

Xatırladaq ki, nazirliyin dəvətinə əsasən cari ilin 25 -31 may tarixində tanınmış azərbaycanlı pianoçu, Türkiyənin Yeditepe Üniversitesinin dosenti İslam Manafov Bakı şəhərində olmuş, paytaxtın bir sıra musiqi və incəsənət məktəblərində konsert proqramı ilə çıxış etmiş və ustad dərsləri keçmişdir.