Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, iki gün davam edəcək tədbirdə ölkəmizin şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak edirlər.
Konfransda DQİDK-nin sədri Mübariz Qurbanlı çıxış edərək, respublikanın müxtəlif regionlarında keçirilən belə tədbirlərin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıdığını diqqətə çatdırıb.
“Azərbaycan İslam dövlətlərinin içərisində özünəməxsus yeri və rolu olan ölkələrdən biridir. İslam ölkələri arasında Azərbaycanın xüsusi nüfuzu vardır. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında öz sözünü deyə bilən bir ölkədir”, - deyə Mübariz Qurbanlı diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər