İslam ölkələrində matəm elan edilib

islam-olkelerinde-matem-elan-edilib-
Oxunma sayı: 1319


“Qafqazinfo”nun məlumatına görə, bu barədə SalamNews Mehr agentliyinə istinadən xəbər verir. 16 maddədən ibarət olan sözügedən yekun bəyanatda islam ölkələri məzlum Qəzza xalqına lazımi və yetərli yardım göstərməyə çağrılıb və fələstinlilərə yardım məqsədilə beynəlxalq şuraların, komitələrin yaradılmasının vacibliyi vurğulanıb.

Bəyanatda deyilir: “Məzhəbindən, milliyyətindən asılı olmayaraq, bütün müsəlmanlar bütün ixtilaflarını bir kənara qoyaraq, bütün imkanlarını Fələstin xalqının müdafiəsinə sərf etməlidirlər.”

Bəyanatın sonuncu bəndində qarşıdan gələn cümə günü, yəni Beynəlxalq Qüds gününün bütün müsəlman ölkələrində matəm günü kimi qeyd edilməsi təklif edilib.

Xatırladaq ki, hər il Ramazan ayının sonuncu cümə günü Beynəlxalq Qüds günü kimi qeyd edilir. Qüds gününün keçirilməsi təşəbbüsü ilk dəfə olaraq İran İslam Respublikasının banisi Ayətullah Musəvi Xumeyni tərəfindən verilib.