İslam Oyunları zamanı məktəblər bağlanacaq?

islam-oyunlari-zamani-mektebler-baglanacaq
Oxunma sayı: 1040

Azərbaycan Təhsil Nazirliyi gələn həftədən başlayacaq IV İslam Oyunlarının Bakıdakı orta məktəblərdə tədrisə təsir göstərib-göstərməyəcəyini açıqlayıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, oyunlar məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək: "Dərslər normal qaydada davam etdiriləcək. Oyunların keçirilməsi paytaxtdakı, o cümlədən şəhərin mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsir göstərməyəcək".

Qeyd efək ki, IV İslam Oyunları mayın 12-dən 22-dək keçiriləcək.