IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi fevralın 13-də “Bakı-2017”nin rəsmi talismanlarını ictimaiyyətə təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, Qarabağ atları bu gündən IV İslam Həmrəyliyi Oyunlarının talismanları olacaq.
“İncə” zəriflik və gözəllik nümunəsi olmaqla yanaşı, incəliyi, məlahəti ilə diqqəti cəlb edir, özündə milliliyi və müasirliyi qovuşdurur.
Məharətli, mərd və məqsədyönlü “Cəsur” digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir.
Qeyd edək ki, hazırda talismanların illüstrasiyası yaradılıb.

Son xəbərlər
Son Xəbərlər