“İslam və müsəlmanlar da Almaniyaya aiddir” - Merkel

islam-ve-muselmanlar-da-almaniyaya-aiddir
Oxunma sayı: 1754

Almaniyanın  yeni daxili işlər naziri Xorst Zeexoferin "İslam Almaniyaya aid deyil. Almaniya xristian mədəniyyəti ilə yoğrulub” ifadəsi müzakirələrə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel Zeexoferin sözlərinə etiraz edib. O, dinlər arasında sülhün vacibliyini vurğulayıb: “Almaniyada 4 milyon müsəlman yaşayır. Ölkəmizin mədəniyyətini xristianlıq və yəhudilik yoğursa da, müsəlmanlar və eləcə də islam da Almaniyaya aiddir”.

Ülviyyə