İslandiya qapılarını turistlərə bu tarixdə açacaq

islandiya-qapilarini-turistlere-bu-tarixde-acacaq
Oxunma sayı: 3310

İslandiya hökuməti iyun ayının 15-dən gec olmamaq şərti ilə ölkənin turistik səfərlər üçün açılacağını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Katrin Yakobsdouttir açıqlama verib. Bildirib ki, ölkəyə gələnlər üçün iki həftəlik karantin ləğv edilsə də, turistlər koronavirusa görə test olunacaq və nəticələr həmin gün məlum olacaq.

Baş Nazir səyahət edənlər üçün əsas problemin nəqliyyatla bağlı olacağını deyib. Belə ki, bir çox aviaşirkətlərin uçuşları dayandırılıb və iyul ayından əvvəl bərpa edilməsi planlaşdırılmır. Hələ ki, İslandiyada Boston, London və Stokholm şəhərlərindən səfər etmək mümkündür.

Qeyd edək ki, İslandiyada bu günə qədər 1 802 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 10 nəfər xəstəlik səbəbindən həyatını itirib.