İşlədiyi “Koroğlu”dan 35 min oğurladı

islediyi-korogludan-35-min-ogurladi
Oxunma sayı: 1994

Paytaxt sakini çalışdığı şirkətdən pul oğurlayıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da "Koroğlu" MMC-yə məxsus seyfdən 35 min manat pul oğurlamaqda şübhəli bilinən MMC-nin işçisi, Bakı şəhər sakini Həsənağa Əlizadə tutulub.