İşlədiyi “moyka”dan maşın qaçırıb qəza törətdi

islediyi-moykadan-masin-qacirib-qeza-toretdi
Oxunma sayı: 1603

Bakıda fəhlə yuduğu maşını qaçıraraq qəza törədib. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, aprelin 20-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus “Kia” markalı avtomobili qaçırıb. 

O, qəza törədərək maşını paytaxt sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilə vurub. E.Abdullayev xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən M.Bağırov saxlanılıb. Araşdırma aparılır.