Tanınmış müğənni Zamiq Hüseynov ikinci dəfə ailə quracağını təsdiqləyib. "Qafqazinfo" xəbər verir ki, sənətçi “Xəzər Maqazin”ə müsahibə verərək Aydan adlı xanımla gələn ay toyu olacağını söyləyib:
“Hə, düzdür, toy olacaq. Sənət adamı deyil. Heç bir yerdə işləmir. Təhsil alan, işləməyən evdar xanımdır. Bu barədə çox danışmaq istəmirəm, çox xahiş edirəm. Yaxın bir ay ərzində, mayda toyum olacaq”.
Qeyd edək ki, Zamiqin ilk evliliyi 2009-cu ildə Nigar Rəfiyeva ilə olub. Onların evlilikləri bir neçə ay çəkib.
Son xəbərlər
Son Xəbərlər