Türkiyəli aktyor cütlük Meriç Aral və Sərkan Kəsginin toy tarixi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Cütlüyün toyunun sentyabrın 19-na planlaşdırıldığı məlum olub. Məclisin İstanbuldakı məkanlardan birində baş tutacağı deyilir.
Qeyd edək ki, məşhur “Leyla ilə Məcnun” serialının “İsmail Abi”si Sərkan Kəsgin və Meriç Aralın 5 illik münasibəti var.
Onlar əvvəllər 3 dəfə evlənmək istəsələr də, hər dəfə evlənmək arzuları təxirə salınıb. Cütlük bunu gərgin iş qrafiki ilə əlaqələndirib.