İsmayıllıda 3 otaqlı ev əşyaları ilə birgə yandı

İsmayıllıda 3 otaqlı ev əşyaları ilə birgə yandı
Oxunma sayı: 1126

İsmayıllıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Kürd Eldarbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi