İsmayıllıda 3 uşaq atası özünü asdı

ismayillida-3-usaq-atasi-ozunu-asdi
Oxunma sayı: 3953

İsmayıllıda intihar hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Elşad Səfəralı oğlu İsmayılov yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Qeyd edək ki, E.İsmayılov ailəlidir, 3 övladı var.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli