İsmayıllıda 8 yaşlı uşağı ilan vurub

ismayillida-8-yasli-usagi-ilan-vurub
Oxunma sayı: 1354

İsmayıllıda 8 yaşlı uşağı ilan vurub.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Uştal kəndində baş verib. İlkin məlumatlara görə, 2011-ci il təvəllüdlü Davudov Nihat İbadoğlunu  həyətlərində ilan sancıb. Azyaşlı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilib. Xəstənin vəziyyəti ağırlaşdığından onu Bakıdakı xəstəxanaların birinə göndəriblər.

Rəşad Türkoğlu