İsmayıllıda ağır yol qəzası - 1 ölü, 7 yaralı + Fotolar

ismayillida-agir-yol-qezasi
Oxunma sayı: 4260

İsmayıllı rayonunda 1 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə yanvarın 20-də səhər saat 10 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasındakı yolda olub. Belə ki, Şəki-Bakı marşrutu üzrə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşıdan gələn “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində “VAZ 21099”-un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb.

7 nəfər sərnişin – 1966-cı il təvəllüdlü Rauf Həsənov, 1957-ci il təvəllüdlü Nazim Süleymanov, 1999-cu il təvəllüdlü Ruslan Neymanzadə, 1993-cü il təvəllüdlü Türkanə İsrafilli, 1970-ci il təvəllüdlü Tərlan İsmayılov və adı məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Mikayılov