İsmayıllıda dəhşətli qəzada ölən və yaralananların kimliyi məlum oldu

İsmayıllıda dəhşətli qəzada ölən və yaralananların kimliyi məlum oldu
Oxunma sayı: 3213

İsmayıllıda dəhşətli yol qəzasında ölən və yaralananların kimliyi məlum olub. 

"Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunda baş verən yol qəzasında İsmayıllının Diyallı kənd sakini 1995-cı il təvəllüdlü Abışov Ramal Əliyusif oğlu hadisə yerində ölüb. Qəza nəticəsində İsmayıllı rayon sakinləri - 1977-ci il təvəllüdlü Süleymanov Ramil Məhəmmədağa oğlu, 1982-ci il təvəllüdlü Süleymanov Mehman Eyvaz oğlu, 1982-ci il təvəllüdlü İsmayılov İlkin İkram oğlu müxtəlif növ bədən xəsarətləri alaraq, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə barədə eşidən yaralılardan birinin qohumu 1965-cı il təvəllüdlü Nağıyev Rəhman Surxay oğlu hadisə zamanı oğlunun öldüyünü zənn edib. Ürək xəstəsi olan R. Nağıyevin səhhəti pisləşib və qəfildən ölüb

Faktla bağlı araşdırma aparılır. 

Rəşad Mikayılov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi