İsmayıllıda ər arvadını öldürdü - Yenilənib

ismayillida-er-arvadini-oldurdu
Oxunma sayı: 4765

İsmayıllıda qətl törədilib

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən xəbərə görə, rayonun Təzəkənd kəndində 35 yaşlı Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

***
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

İlkin məlumata görə, cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, cütlüyün 3 azyaşlı övladı var.