İsmayıllıda evdə partlayış, yaralılar var - Foto

ismayillida-evde-partlayis-yaralilar-var
Oxunma sayı: 3015

İsmayıllı rayonunda fərdi yaşayış evində partlayış olub.

"Qafqazinfo" xəbər verir ki, Quşencə kəndində baş verən hadisəyə səbəb qaz sızması olub.

Hadisə nəticəsində ev sahibi 1949-cu il təvəllüdlü Osmanlı Əli, onun həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə və 1995-ci il təvəllüdlü Osmanlı Tahir ağır yanıq xəsarətləri alıblar.

Bir ailədən olan yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.